“Ana dilimizi sevək və qoruyaq” devizi adı altında tədbir keçirilmişdir

Anamın, babamın–ulularımızın dili, vətənimin dili–mədəniyyətimin dilidir.Sazım, tarım, muğanım bütün maddi və mənəvi nemətlərim dünyada Ana dilimdə tanınır. Hər il olduğu kimi, bu il də 21 Fevral Beynalxalq Ana dili günü saz, söz, muğamsevərləri bir yerə topladı.Söylənən şeirlər, oxunan muğamlar saz sədaları altında dinləyicilərin qəlbini ruhlandıran müxəmməslər dilimizin saflığını, gözəlliyini nə qədər axıcı, lətafətli olduğunu sübuta yetirdi. Dilimizin saflığını, gözəlliyini qorumaq hər birimizin vətandaşlıq borcudur. Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhilə Zeynalovanın təşkilatçılığı ilə hazırlanan “Ana dilimizi sevək və qoruyaq” devizi adı altında keçirilən tədbir uzun müddət yaddan çıxmayan tədbirlər sırasında özünə yer aldı.Bu tədbiri yüksək səviyyədə təşkil edən dil ədəbiyyat müəllimi Zeynalova Rəhiləyə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi