Məktəb-liseyin 7d sinfində sinif rəhbəri Zeynəb Ağayevanın təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib.

Məktəb-liseyin 7d sinfində sinif rəhbəri Zeynəb Ağayevanın təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib.Öncə şagirdlər soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Z.Ağayeva 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib və həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib. Hadisələri daha təfərrüatlı danışmaq üçün söz şagirdlərə verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi