Pedaqoji təcrübə keçən tələbənin dərsi dinlənilib

Aprelin 23-də məktəb-liseyin 8d sinfinde təsviri incəsənət fənni üzrə təcrübəçi tələbə Xoşqədəm Allahverdiyevanın "Xalçaçılıq" mövzusunda dərsi dinlənilib. Dərsdə məktəb-liseyin direktoru Könül Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova, fənn müəllimi Zərəfşan Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş metodisti Çingiz Rüstəmov və məktəb-liseydə pedaqoji təcrübə keçən tələbələr iştirak ediblər. Dərs qruplar üzrə iş formasında təşkil olunub. Dərs müddətində xalçaların cəmiyyətdə estetik rolu, Azərbaycan xalçalarının tarixi və xüsusiyyətləri, hər bölgəyə uyğun xalça naxışlarının olması, xalçaların işlənmə texnikasına görə növləri vurğulanıb. Daha sonra dərsin müzakirəsi təşkil olunub, pedaqoji təcrübə keçən müəllimlərə metodiki tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi