X-XI sinif şagirdlərimiz Akademik Milli Dram Teatrında

Məktəb-liseyin X-XI sinif şagirdləri "Oxu aylığı" çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə birlikdə Akademik Milli Dram Teatrında "Ah, bu uzun sevda yolu" tamaşasını izləyib.Əli Əmirlinin eyni adlı pyesi əsasında hazırlanmış səhnə əsərində Mikayıl Müşfiqin nakam taleyi, Dilbər Axundzadənin faciəvi aqibəti, dəhşətli repressiyadan məhv olan həyatlardan bəhs edən hadisələr şagirdləri mütəəssir edib. Qeyd edək ki, 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü ilə əlaqədar məktəb-liseydə 15 aprel- 15 may aralığı "Oxu aylığı" elan olunmuşdur. "Oxu aylığı" ilə, eyni zamanda şagirdlərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar məktəb-liseydə şagirdlərin müxtəlif tamaşaları səfəri planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi