"Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində məktəbin kitabxanasında dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikasının Prezidentinin "Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində məktəbin kitabxanasında müəllim heyətinin və ədəbiyyatsevər onuncu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edilib. Dahi mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş masada onun bədii, elmi-fəlsəfi irsi ilə bağlı müxtəlif təqdimatlar səsləndirilib, ədəbi- bədii kompozisiyalar təqdim edilib. Şairin zəngiin fəaliyyət istiqamətini işıqlandıran çıxışlarda ədəbiyyat müəllimləri şagirdləri daha çox maarifləndirmək məqsədilə böyük klassikin həm də müsəlman Şərqinin poeziyasına təsirindən danışıblar. Bəxtiyar Vahabzadənin Füzulunin həyat və yaradıcılığına həsr olunmuş "Şəbi-hicran" əsərindən müəyyən hissələrin qiraəti, usta şairin qəzəllərinə yazılmış muğam və mahnılarla bağlı söhbət dəyirmi masanın təşkilinə xüsusilə rəng qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi