"Əbədiyaşar Füzuli" adlı layihə çərçivəsində dəyirmi masalar və açıq dərslər keçirilib

Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən tədris müəssisələrində "Füzuli ayı" layihəsinə start verilib. Dahi mütəfəkkir - şair M.Füzulinin zəngin ədəbi- bədii, elmi- fəlsəfi irsi ilə bağlı məktəblilərin biliklərinin zənginləşdirilməsinə, onların yaradıcı qabiliyyətlərinin inkişafına kömək etmək məqsədilə "Əbədiyaşar Füzuli" adlı layihə çərçivəsində dəyirmi masalar və açıq dərslərlə yanaşı, şairin həyat və fəaliyyətini işıqlandıran videoçarxlar da nümayiş etdirilib. Müxtəlif siniflərdə "Füzuli rindü-şeydadır" sənədli filmi maraqla izlənilib. Şagirdlər həmçinin Füzuli qəzəllərinə yazılmış muğam və mahnıları da dinləyib, şairin əsərlərindən seçilmiş müxtəlif parçalara qulaq asıblar. "Leyli və Məcnun" operasından müxtəlif epizodları izləyən şagirdlər sinifdənxaric oxu dərslərində əsərlə bağlı təəssüratlarını bölüşüb,təhlil xarakterli məruzələrlərlə çıxışlar ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi