Aprelin 23-də məktəb-liseyin texnologiya müəllimi Zeynəb Ağayevanın təşkilatçılığı ilə 7 a sinif şagirdləri ilə 23 aprel -Ümumdünya Kitab və Müəllifik Hüququ Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Aprelin 23-də məktəb-liseyin texnologiya müəllimi Zeynəb Ağayevanın təşkilatçılığı ilə 7 a sinif şagirdləri ilə 23 aprel -Ümumdünya Kitab və Müəllifik Hüququ Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Z.Ağayeva açaraq bildirib ki , hər il ənənəvi olaraq ölkəmizdə YUNESKO-nun elan etdiyi 23 aprel –Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Oxumaqla və Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü qeyd etməklə, məsafəyə baxmadan başqalarına açıq ola bilərik və təxəyyül sayəsində səyahətə çıxa bilərik. Kitabxanaçılar Narın Məmmədova və Rəvanə Dadaşova, Uşaq Birliyi Təşkilatı Rəhbəri İlhamə Mahmudova çıxış edərək kitabın şagirdlərin intelektual inkişafında, nitq mədəniyyətinin formalaşmasında, onların təxəyyülünün genişləndirilməsindəki rolundan danışıblar. Sonda şagirdlər kitabxanaya yeni gələn kitablarla maraqlanıb , mütaliə üçün götürüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi