"Novruz adətləri milli-mənəvi dəyərlərimizin təcəssümüdür" adlı tədbir

Məktəb-liseydə xalqımızın sevimli bayramı olan Novruza həsr olunmuş "Novruz adətləri milli-mənəvi dəyərlərimizin təcəssümüdür" adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin təbliği, yaşadılması, milli bayramlarımızın qeyd olunması və şagirdlərə aşılanmasıdır. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında çıxışlar edilib. Şagirdlər bahar təravətli Novruz bayramına aid şeirlər səsləndirib, səhnəciklər, rəqslər nümayiş etdiriblər.Tədbirin sonunda Könül Məmmədli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək,öz çıxışında bildirib ki, Novruz əsrlər boyu süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Milli geyimlər bizə nə qədər yaraşırsa, adət-ənənələrimiz də o qədər gözəl yaraşır. O, dəyərlərimizi qorumağın, adət-ənənələrimizi yaşatmağın hər birimizin borcu olduğunu vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi