"İdman həftəsi" layihəsi çərçivəsində sağlam qidalanma ilə bağlı maarifləndirici görüş

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 6-da məktəb-liseyin həkimi Məmiyeva Sədəf və tibb bacısı Məmmədova Aytən 7a sinfi ilə sağlam qidalanma ilə bağlı maarifləndirici görüş keçirib. Görüşdə şagirdlərə sağlam qidalanmanın əhəmiyyəti çatdırılıb. Şagirdlərə hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verilib. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulanıb və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edilib. Meyvə-tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi