Məktəb-liseydə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Xocalı fəryadı" adlı tədbir təşkil olunub

Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimləri Mehdiyeva Manya və Mehdiyeva Lamiyənin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Xocalı fəryadı" adlı tədbir təşkil olunub.Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.Tədbirdə Xocalı faciəsinin qurbanlarından, qəhrəmanlıq göstərmiş şəhidlərdən də bəhs olunub,onlara həsr olunmuş təqdimatlar nümayiş olunub.Tədbirdə 5-ci və 9-cu sinif şagirdləri tərəfindən söylənən şeir və göstərilən səhnəciklər Xocalı faciəsinin acı həqiqətlərini göz önünə gətirib.Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli çıxış edərək tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi yer tutduğunu bildirib və belə tədbirlərin təşkil olunmasında əsas məqsədin həlak olan insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarət olduğu diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi