Məktəb-liseyin informatika müəllimi Aygün Mövlayeva 8a sinfində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs təşkil edib

Məktəb-liseyin informatika müəllimi Aygün Mövlayeva 8a sinfində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs təşkil edib.Dərs zamanı 1992 ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya erməni separatçıları tərəfindən edilmiş hücüm və törədilən vəhşiliklərdən danışılmışdır. Şagirdlərə həmin gecə dinc sakinlərin- qadınların,qocaların və uşaqların vəhşiliklə qətlə yetirilməsindən, onlara verilən işgəncələrdən danışılıb.Xocalı faciəsində minlərlə soydaşımızın qətlə yetirilməsi və eyni zamanda çox sayda sakinimizin əsir götürülməsi şagirlərin nəzərinə çatdırılıb. Bir neçə şagird həmin faciə haqqında öz fikirlərini bildirirərək 32 ildən sonra həmin faciənin qisasının alındığını böyük qürur hissi ilə bildiriblər. Sonda şagirdlər əsrimizin qan yaddaşı olan Xocalı faciəsinə aid film izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi