Pedoqoji şuranın iclası keçirilib

Fevralın 5-də məktəb-liseydə pedaqoji şuranın növbəti iclası keçirilib. Pedaqoji şurada müəllimlərlə yanaşı müxtəlif siniflər üzrə 33 valideyn də iştirak edib. Pedaqoji şurada 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin təlim nailiyyətləri, təlim-tərbiyə istiqamətində görülmüş işlər barədə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçının, məktəb psixoloqunun hesabatları dinlənilib. Valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət etməsi, növbətçiliyin gücləndirilməsi məsələləri də müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi