Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dərs təşkil olunub

Fevralın 2-də məktəb-liseyin informatika müəllimi Aygül Orucova tərəfindən 5ç sinfində dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dərs təşkil olunub. Dərsdə alimin keçdiyi zəngin həyat yolu və elmi fəaliyyəti haqqında videoçarx izlənilib.Dünya elmində inqilab hesab olunan,ona dünya şöhrəti qazandıran"Qeyri-səlis məntiq nəzəriyyə"sinin tətbiqləri haqqında məlumat verilib. Şagirdlər görkəmli alimin elm sahəsində gördüyü işlər, qeyri-səlis məntiq nəzəriyyəsi haqqında təqdimatlar hazırlayıb, topladıqları məlumatları bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi