Yanvarın 31-də məktəb-liseyin direktoru Könül Məmmədli və təlim-tərbiyə işləri üzrə direktor müavini Nərmin Uğurliyevanın rəhbərliyi ilə 4-cü siniflərin müəllimləri ilə görüş keçirilib

Yanvarın 31-də məktəb-liseyin direktoru Könül Məmmədli və təlim-tərbiyə işləri üzrə direktor müavini Nərmin Uğurliyevanın rəhbərliyi ilə 4-cü siniflərin müəllimləri ilə görüş keçirilib.Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi məqsədilə 4-cü siniflərdə Azərbaycan dili fənni üzrə keçirilmiş yazılı monitorinqin nəticələri müzakirə olunub. Şagirdlərin siniflər üzrə dinləmə, oxuyub-anlama və yazı bacarıqları, məzmun standartlarına görə nəticələri təhlil edilib. Təhsilin keyfiyyətinin artırılmasına nail olunması, bilik və bacarıqların formalaşma səviyyəsinin yüksəlməsi üçün siniflərdə daha çox iş aparılmasının vacibliyi vurğulanıb, tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi