"Oxuma və anlama" həftəsi elan olunub

Məktəb-liseydə ibtidai siniflər üzrə metodbirləşmənin təşkilatçılığı ilə 3-cü və 4-cü sinif müəllimləri arasında baş tutan dəyirmi masanın qərarlarına görə cari həftə "Oxuma və anlama" həftəsi elan olunub. Məqsəd ilk summativ qiymətləndirmələrin nəticələrinə əsasən araşdırdığı ,reallaşdırılması çətin olan məzmun standartlarının üzərində yenidən həm nəzəri ,həm də praktik işlərin aparılması idi.3-cü siniflərdə "Mətnlərdə səbəb-nəticə əlaqələri",4cü siniflərdə "Mətnin ideyasının çıxarılması" kimi təlim nəticələri cari həftədə keçirilən Azərbaycan dili dərslərinin əsasını təşkil edib.Ümid edirik ki,hədəfə aparan yolda ibtidai sinif müəllimlərinin araşdırması və strategiyaları öz səmərəli bəhrəsini verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi