Qazaxıstanın Almatı şəhərində "Dünya uşaqların gözü ilə" rəsm yarışmasında məktəbimizin şagirdi 3-cü yerə layiq görülüb

Yeni dərs ilinin ilk uğurlu xəbəri məktəb-liseyin 10ç sinif şagirdi Quluzadə Zeynəbdən gəldi.2023-cü ildə Qazaxıstanın Almatı şəhərində "Art-Palette-Talant" təhsil və incəsənət mərkəzi tərəfindən keçirilən və 1 iyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş "Dünya uşaqların gözü ilə" rəsm yarışmasında iştirak edən Zeynəb 3-cü yerə layiq görülmüşdü. Tətil günlərində Zeynəb diplomla, müəllimi Zərəfşan Məmmədova isə fəxri fərmanla mükafatlandırılıb.Bundan əlavə, Zeynəbin çəkdiyi "Mənim dünyam - Azərbaycan" adlı rəsm Qazaxıstanda çap olunan kataloqa daxil edilib.İstedadlı şagirdimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi