Bilik Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəb-liseydə də Bilik Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Məktəb-liseyin direktoru Könül Məmmədli şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb, valideynləri övladlarının təhsilli gələcəyi naminə hər zaman məktəblə sıx əməkdaşlıq etməyə səsləyib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova da çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə müəllim, valideyn və şagirdləri təbrik edib.Məktəb-liseyin ötən tədris ilində qəbul imtahanında 600-dən yuxarı bal yığan məzunları Zərintac Məmmədzadə və Tahirə Bəylərova da çıxış edərək hər kəsə uğurlu il arzu ediblər. Onlar uğura gedən yolda təhsilin və zəhmətin əhəmiyyətini xüsusi vurğulayıblar.Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Sonda şagirdlər "Salam, məktəb!" deyərək sinif otaqlarına daxil olublar.Məktəb-liseydə ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi