Tədris ilinin ilk pedaqoji şura iclası keçirilib

Sentyabrın 12-də məktəb-liseydə 2023-2024-cü tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. Pedaqoji şura iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəb-liseyin direktoru, pedaqoji şuranın sədri Könül Məmmədli şura üzvlərini salamlayıb, yeni tədris ilində hər kəsə uğurlar arzulayıb. 2023-2024-cü tədris ilində ilk dərslərin "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunacağı pedaqoji heyətin nəzərinə çatdırılıb.İclasda ötən tədris ilinin buraxılış imtahanlarının nəticələri, 4-cü siniflərdə aparılan monitorinqin nəticələri, pedaqoji dərs bölgüsü, lisey siniflərin təşkili mövzuları müzakirə edilib. Şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə uğurlu iştirakı, buraxılış imtahanı nəticələrinin yüksəldilməsi, şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi