“Son zəng” tədbiri keçirilib

İyunun 14-də respublikanın bütün ümumitəhsil müəssisələrində olduğu kimi 261 nömrəli  məktəb-liseydə də  “Son zəng” tədbiri keçirilib.Tədbirdə məktəb-liseyin rəhbərliyi, Xətai Rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Oruc Əbdürrəhmanov, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Dövlət Bayrağı meydana gətirilib. Salamlama nitqi ilə çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.Tədbir məzunların hazırladıqları kompozisiyalarla davam edib. Sonda təhsil aldıqları müddətdə fərqlənən məzunlar məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar. Qeyd edək ki, məktəb-liseyin 11-ci sinfini 110 şagird bitirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi