Rəğbətləndirmə kartları təqdim olunub

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" na əsasən məktəb-liseyin bir qrup şagirdinə rəğbətləndirmə kartları təqdim olunub. Nizam-intizam Şurasının qərarı ilə 41 nəfər şagird akademik nailiyyətlər meyarı üzrə seçilərək məktəb-liseyin direktoru Könül Məmmədli tərəfindən yaşıl kartla rəğbətləndirilib. Rəğbətləndirilməyə layiq görülən şagirdlər məktəb-liseyi müxtlif müsabiqələrdə, olimpiadalarda layiqli şəkildə təmsil edən şagirdlərdir. Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ikinci yarımilindən etibarən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinə pilot layihə kimi ümumilikdə 300, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe 60 ümumi təhsil müəssisəsində başlanılıb. Məktəb-liseyimiz də həmin layihəyə cəlb olunmuş ümumitəhsil müəssisələrindən biridir.