Şagirdlərimiz "Bilim Bakı" mərkəzində olublar

Məktəb-liseyin bir qrup şagirdi "Bilim Bakı" mərkəzinin qonağı olublar. Şagirdlər məktəbin ibtidai sinif müəllimi Dadaşova Fidan, biologiya müəllimi Hüseynova Gülnar, texnologiya müəllimi Tağıyeva Aygünün və mərkəzin əməkdaşlarının rəhbərliyi altında müxtəlif mövzularda və yaş qruplarında laboratoriyalarda olublar. Kiçik yaş qrupunda olan şagirdlər Texnologiya laboratoriyasının Pixel Art dərsində iştirak ediblər.Dərs zamanı öz pixel rəsmlərini çəkiblər. Digər şagirdlər riyazi laboratoriyada dərslərdə iştirak ediblər. Şagirdlərimizin dünyagörüşünün artırılmasında və texnoloji bilgilərinin inkişafında bu gün məhsuldar bir gün kimi yadda qalıb.