Şagirdin fərdi sərgisi təşkil olunub

Məktəb-liseydə 9d sinif şagirdi Zeynəb İşığın ( Quluzadənin) fərdi rəsm sərgisi təşkil olunub. Sərginin təşkilində məqsəd istedadlı şagirdlərə dəstək olmaqdan ibarətdir. Sərgidə məktəb rəhbərliyi, Zeynəbin ailə üzvləri, müəllim və şagird heyəti iştirak edib. Gənc rəssamın bir-birindən gözəl əl işləri tamaşaçıların zövqünü oxşayıb.