Böyük summativ qiymətləndirmələr aparılıb

Məktəb-liseydə 2022-2023-cü tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmələr aparılıb. Qiymətləndirmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr”lə bağlı 15.09.2021-ci il tarixli 03-08-681/13 nömrəli təlimati məktubuna əsasən təşkil edilib. Məktəb-liseyin rəhbərliyinin nəzarəti ilə aparılan qiymətləndirmələr fənn müəllimləri tərəfindən yoxlanılıb. Şəffaflıq və obyektivliyi təmin etmək məqsədilə şagirdlərin işləri şifrələnərək yoxlanılıb.