Coğrafiya fənni üzrə bilik yarışı

Məktəb-liseyin coğrafiya müəllimi Dinar Sadıqlı tərəfindən 6-cı siniflər arasında coğrafiya fənni üzrə bilik yarışı keçirilib. Yarışın məqsədi şagirdlərdə coğrafiya elminə marağın artırılmasıdır. Yarışın nəticələrinə görə 6e sinfi 1-ci yerə, 6i sinfi 2-ci, 6b sinfi isə 3-cü yerə layiq görülüb. Qalib komandalar məktəb-liseyin direktoru Könül Məmmədli tərəfindən fəxri fərmanlarla təltif olunublar.