“Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb.Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.Məktəb-liseyin texnologiya müəllimi Zeynəb Ağayeva mentor müəllim kimi diplomla, komandanın üzvləri Vəfa Qaraşova, Aygün Mövlayeva, Aygün Tağıyeva, Xədicə Əliyeva və Nərmin Ramazanova isə Təşəkkürnamələrlə mükafatlandırılıblar.