Tarix fənni üzrə bilik yarışı

Məktəb-liseyin tarix müəllimi Nərmin Ramazanova tərəfindən 5-ci və 6-cı siniflərdə tarix fənni üzrə bilik yarışı keçirilib. Yarışın məqsədi şagirdlərdə tarix elminə marağın artırılması,tariximizi sevdirməkdir.5-ci siniflər arasında keçirilən yarışın nəticələrinə görə 5ç sinfi 1- ci yerə, 5b sinfi 2- ci, 5c sinfi isə 3-cü yerə layiq görülüb. 6-cı siniflər arasında keçirilən yarışda isə 6i sinfi 1-ci yerə, 6c sinfi 2-ci, 6a sinfi isə 3-cü yerə layiq görülüb. Qalib komandalar məktəb-liseyin direktoru Könül Məmmədli tərəfindən fəxri fərmanlarla təltif olunublar.