"Fəxr edirəm ki, azərbaycanlıyam!" adlı rəsm müsabiqəsi

Mayın 3-də  məktəb-liseydə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Fəxr edirəm ki, azərbaycanlıyam!" adlı  tədbir keçirilib. Tədbir məktəbin təsviri incəsənət müəllimi  Zərəfşan Məmmədovanın rəhbərliyi ilə məktəb-liseydə pedaqoji  təcrübə keçən Azərbaycan Pedaqoji Universitetinin təsviri incəsənət fakültəsinin  tələbələrinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə ADPU-nun  təsviri  incəsənət fakültəsinin kafedra müdiri Yeganə Cəlilova, baş metodist Çingiz Rüstəmov , məktəb-liseyin direktoru Könül Məmmədli, müəllimlər və şagirdlər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan Könül Məmmədli ulu öndərin şərəfli həyat yolundan,  Azərbaycan tarixində misilsiz xidmətlərindən danışıb. Bədii hissədən sonra  şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sonda qaliblər I ,II, III dərəcəli fəxri diplomlar, digər şagirdlər  iştirakçı sertifikatları ilə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi