Məktəbdə Mülki Müdafiə Günü qeyd olunub

"Mülki Müdafiə" haqqında Azərbaycan Respublikası Qanununun, "Mülki Müdafiənin təmin edilməsi" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarının və digər rəhbər sənədlərin tələblərinin yerinə yetirilməsi, Mülki Müdafiənin təşkili, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ehtimal olunan və baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə məktəb-liseyin illik "Mülki Müdafiə Planı"na əsasən məktəbdə aprelin 26-da texnologiya müəllimi  Zeynəb Ağayeva rəhbəri olduğu  6a sinif şagirdləri ilə birlikdə Mülki Müdafiə Gününə həsr olunmuş xüsusu dərs keçib.Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şagirdlərə fövqəladə hallara qarşı necə hazır olmağın yolları ,Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma və inkişaf yolu, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaranması haqqında şagirdlərə məlumat verilib. Şagirdlər fövqəladə hadisələr zamanı xilasetmə işlərinə aid olan ilk tibbi yardım zamanı  zərərçəkənlərə süni nəfəsin verilməsi , əleyhqazlardan düzgün istifadə və yaraların sarınması  qaydalarını nümayiş etdiriblər. Sonda şagirdlərin əl işləri ,  təqdimatlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi