"Məktəbdaxili keyfiyyət monitorinqi- özünüqiymətləndirmə" mövzusunda metodbirləşmə rəhbərləri ilə görüş

Aprelin 20-də məktəb-liseyin direktoru Könül Məmmədli metodbirləşmə rəhbərləri ilə "Məktəbdaxili keyfiyyət monitorinqi- özünüqiymətləndirmə"  mövzusunda görüş keçirib. Görüşdə məktəbdaxili keyfiyyət monitorinqinin əhəmiyyəti, müasir dərsə verilən tələblər, şagird nailiyyətləri və şəxsi inkişaf, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin yaradılması məsələləri müzakirə edilib. Könül Məmmədli qeyd edib ki, dərsdinləmə zamanı şagirdlərin bilik və bacarıqlarının səviyyəsi, dərslərdəki irəliləyişləri, öyrənmə bacarıqları, davranışları və ətrafdakılarla qarşılıqlı münasibəti, öyrətmənin keyfiyyəti və formativ qiymətləndirmə əsas diqqət yetirməli meyarlar olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi