Boks üzrə yarışda I yerə layiq görülüb

Məktəb-liseyin 8e sinif şagirdi Məhəmmədəli Kərimli "Ümummili lider Heydər Əliyevin 100 illiyi" münasibəti ilə "Təhsil" Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən boks idman növü üzrə 2009-2010-cu təvəllüdlü oğlanlar arasında keçirilən məktəb birinciliyində 40 kq çəki dərəcəsində birinci yeri qazanıb. Məktəb-liseyin direktoru Könül Məmmədli Məhəmmədəlini təbrik edərək ona uğurlar arzu edib.