"Kimya-biologiya" aylığı çərçivəsində nümunəvi dərs

"Kimya-biologiya" aylığı çərçivəsində məktəb-liseyin biologiya müəllimi Gülnar Hüseynova 8a sinfində “Eşitmə və müvazinət orqanımız - qulaq” mövzusunda nümunəvi dərs keçib. Dərsdə qruplarla iş təşkil olunub və şagirdlərin tədqiqat bacarıqları, əməkdaşlıq və məntiqi əlaqə qurmaq qabiliyyətləri inkişaf etdirilib.