"Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici söhbət

Məktəb –liseyin biologiya müəllimi Hüseynova Gülnarın təşkilatçılığı ilə 8-ci siniflərin  şagirdləri ilə  “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbət aparılıb. Görüş zamanı ailə,ailənin funksiyaları,ailə qurmağın şərtləri,erkən nikahın səbəbləri,erkən nikah haqqında statistik göstəricilər,erkən nikahın  yaratdığı psixoloji problemlər, gələcəyimiz üçün yaratdığı təhlükələr izah edilib, şagirdlərlə birgə bu məsələlər ətrafında müzakirə aparılıb.Görüşdə iştirak edən məktəbin psixoloqu Kamilova Fərəh də erkən nikaha daxil olan qız və oğlanlarda rast gəlinən psixoloji problemlər haqqında məlumat verib.Qızlarla görüşdə  “Erkən yaşda evlənənlər hansı çətinlikliklərlə qarşılaşa bilər” sualı ən çox müzakirəyə səbəb  olub. Qızların əksəriyyəti bu çətinliklikləri izah edib, erkən evliliyin qızlara, ailələrə, gələcək nəsillərə verə biləcəyi ziyanları anlayıblar.Oğlanlarla söhbət zamanı “Ailənin hansı funksiyaları var” sualı ətrafında uzun sürən müzakirədə oğlanlar da tək valideynli  ailələrdə böyüyən uşaqların tam xoşbəxt olmadığını və onların qarşılaşdığı problemləri izah ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi