"Soyqırım tariximiz- sağalmaz yaramızdır" adlı xüsusi dərs

Məktəb-liseyin 8b sinfində  "Soyqırım tariximiz-sağalmaz yaramizdır"adlı xüsusi dərs keçirilib. İlk öncə  soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tarix müəllimi Ramazanova Nərmin 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib. Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi dəhşətlı soyqırımdan 105 il ötdüyünü bildirib.Şagirdlər  soyqırımla bağlı araşdırdıqları tarixi məlumatları ilə çıxış edib. Hazırladıqları slaydlar və divar qəzetlərini nümayiş etdirinlər.Sonda soyqırımla baglı qısa bir film izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi