"Ən gözəl şəkərbura" müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2.2-ci bəndinə əsasən məktəb-liseydə "Ən gözəl şəkərbura" müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, dəyərlərimizi qorumaqdır. Yuxarı sinif qızlarının iştirak etdiyi müsabiqədə müəllimlər də həvəslə iştirak edərək şagirdlərinə örnək və dəstək olublar. Adət-ənənələrin təbliği məqsədilə təşkil olunan müsabiqədə 9a sinif şagirdi Jalə Mehdizadə 1-ci yerə, 11ç sinif şagirdi Aytac Nəcəfova 2-ci yerə, 10b sinif şagirdi Zemfira Məmmədova 3-cü yerə layiq görülüb.Qaliblər məktəb-liseyin direktoru Könül Məmmədli tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunublar. Şagirdlərə hədiyyə olaraq milli dəyərlərimizdən olan kəlağayı təqdim olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi