"Elimizə bahar gəlir" adlı sinif təşkilat saatı

Martın 17-də məktəb-liseyin ibtidai sinif müəllimi Elnarə Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2.1-ci bəndinə əsasən 1d sinfində "Elimizə bahar gəlir" adlı sinif təşkilat saatı keçirib. Şagirdlər Novruz bayramı haqqında bildikləri məlumatları sinif yoldaşları ilə bölüşüb, personajları canlandırıb, şeir və mahnılar səsləndiriblər.