"Novruz adətləri" adlı tədbir keçirilib.

Martın 17-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2.1-ci bəndinə əsasən məktəb-liseydə "Novruz adətləri" adlı tədbir keçirilib. Məktəb-liseyin ibtidai sinif müəllimi Afaq Qədirovanın təşkilatçılığı, 4d sinfinin iştirakı ilə məktəb kitabxanasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şagirdlər milli bayramımız olan Novruz haqqında, Novruz adətləri haqqında məlumat veriblər, bahar nəğmələri, bayram şeirləri səsləndiriblər. Qızlar haxışdalar söyləyib, oğlanlar yumurta döyüşdürüb, milli rəqsləri ifa ediblər. Tədbirin sonunda məktəb-liseyin direktoru Könül Məmmədli tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib, qeyd edib ki, xalqımızın adət-ənənələrinin şagirdlərə aşılanması hər bir müəllimin ən ümdə vəzifələrindəndir.