Məktəbəhazırlıq qrupunda Novruz bayramına həsr olunmuş sinif təşkilat saatı

Martın 16-da məktəb-liseyin ibtidai sinif müəllimi Aidə Kamilova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2.1-ci bəndinə əsasən 0a məktəbəhazırlıq qrupunda "Bahar çələngi" adlı sinif təşkilat saatı keçirib. Müəllim Novruz adət-ənənələri haqqında məlumat verib, Novruzun adət-ənənələrindən bəhs edib. Daha sonra şagirdlər birlikdə bayram xonçası hazırlayıblar. Uşaqlar şənliyi şeir və mahnıları ilə canlandırıb, rəqs ediblər.