"Peşəkarlıq yolunda" layihəsi ilə bağlı tədbir

Martın 15-də "Peşəkarlıq yolunda" layihəsi ilə bağlı məktəbin texnologiya müəllimi Zeynəb Ağayevanın təşkilatçılığı ilə  "Hansı peşəni seçim ?" adlı maarifləndirici tədbir keçirilib. Tədbirin  keçirilməsində əsas məqsəd  şagirdlərə peşələr haqqında ümumi məlumat vermək, onlarda peşələrə olan marağın artırılmasından  ibarət olub.Tədbirdə şagirdlər aşpazlıq, dərzilik, toxuculuq, xalçaçılıq , ağac üzərində yandırma, muncuqla iş , mühəndislik və başqa peşələr üzrə  bacarıqlarını nümayiş etdiriblər.İştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.Tədbirin sonunda məktəb-liseyin direktoru şagirdlərin əl işlərinə baxıb, öz tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi