"Gəl, Novruzum!" adlı tədbir keçirilib.

Martın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2.1-ci bəndinə əsasən məktəb-liseydə "Gəl, Novruzum!" adlı tədbir keçirilib. Məktəb-liseyin texnologiya  müəllimi Zeynəb Ağayevanın  təşkilatçılığı ilə keçirilən  tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səslənməsi ilə başlayıb.Bayram atributları ilə bəzədilmiş səhnədə şagirdlər milli geyimdə bahar nəğmələri, bayram şeirləri səsləndiriblər. Qızlar haxışdalar söyləyib, xonça hazırlayıb, oğlanlar yumurta döyüşdürüb, milli rəqsləri ifa ediblər. Tədbirdə Bahar qızı, Kosa, Keçəl Novruz adət-ənənələrini əks etdirən səhnəciklərlə çıxış ediblər. Onların duzlu-məzəli çıxışları tədbir iştirakçılarında ruh yuksəkliyi yaradıb .Bayram tədbirinin sonunda  məktəb-liseyin direktoru Könül Məmmədli  tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib, qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi