Rəsm müsabiqəsində 2-ci yer

Martın 10-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının  müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri məktəbliləri arasında keçirilən “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” adlı rəsm müsabiqəsinin   qalibləri mükafatlandırılıb.  Məktəb-liseyin 8ç sinif şagirdi Aylin Salahova müsabiqədə 2-ci yerə layiq görülüb. Qaliblərə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi  fəaliyyət göstərən İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış diplomlar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi