İdman həftəsi çərçivəsində qalib gələn şagirdlərin mükafatlandırılması

Martın 3-də idman həftəsi çərçivəsində keçirilən müxtəlif oyun, yarış və müsabiqələrdə qalib gələn şagirdlər məktəb-liseyin rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb.Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib. "İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd davamlı idman məşqləri insanın müxtəlif xəstəliklərə tutulma riskini azaltmaqla yanaşı, fiziki balansımızda yaratdığı artma ilə əlaqədar işgörmə qabiliyyətimizə, təhsildə müsbət nəticə edəcəyimizə, məişətdə fəal olmağımıza, asudə vaxtımızı dəyərləndirmə bacarığımıza da müsbət təsir göstərməsini təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi