İdman həftəsi çərçivəsində esse müsabiqəsi

İdman həftəsi çərçivəsində  martın 3-də 6-cı  siniflərin iştirakı ilə "Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" adlı esse müsabiqəsi  keçirilib. 6ç sinif şagidləri Aytac Paşayeva 1-ci yerə, Zəhra Əhmədzadə 2-ci yerə, 6a sinif şagirdi Səidə Əli-zadə 3-cü yerə layiq görülüb. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd şagirdlərin idmana olan marağının artırılması,  təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi