İdman həftəsi çərçivəsində qol güləşi

 İdman həftəsi çərçivəsində  martın 2-də  məktəb-liseyin fiziki tərbiyə müəllimi Valeh Əsədovun  rəhbərliyi ilə 10-cu sinif şagirdləri  arasında qol güləşi yarışı   keçirilib. 10c  sinif şagirdi Əli Şahbazov 1-ci yerə, 10ç  sinif şagirdi Ramal Bünyadov 2-ci yerə, 10a sinif şagirdi Nihat Muxtarov   3-cü yerə layiq görülüblər. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd şagirdlərin idmana olan marağının artırılması,  təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi