"Ana dili" aylığının yekun tədbiri

Fevralın 28-də "Ana dili" aylığının yekunu  olaraq  məktəb-liseyin 2-ci sinif müəllimləri Hümbətova Sevil, Əliyeva Nairə, Qədimova Namilə, Mansurova Aytən, İsayeva Lela, Hacıyeva Lilpar, Bağırova Gülnarın  təşkilatçılığı ilə "Anam! Ana dilim! Ana Vətənim! Mən bütün qəlbimlə sizə bağlıyam!" adlı tədbir keçirilib. Tədbirdə direktor müavinləri Səidə Fərhadova, Nərmin Uğurliyeva, Lamiə Məmmədova, müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən şagirdlər müxtəlif milli və xarici nağıllardan səhnəcikləri müqayisəli şəkildə nümayiş etdirərək, hərkəsi dilimizin saflığını qorumağa səsləyiblər. Tədbirin keçirilməsində məqsəd kiçik yaşlardan şagirdlərə ana dilimizin əhəmiyyətini, dilimizi qorumağın vacibliyini, milli-mənəvi dəyərlərimizə bağlılığı aşılamaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi