1Mart-Ümumdünya Mülki Müdafiə Günü

Martın 1-də  Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət idi.Tədbirdə hərbi hazırlıq müəllimi Rövşən Əzizov və sagirdlər iştirak ediblər. Tədbirdə  şagirdlərə Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara  qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verilib.Eyni zamanda məktəb- liseyin foyesində təşkil olunan sərgidə şagirdlərə yanğının söndürülməsi zamani lazım olan qaydalara aid şəkillər,  yaralılara tibbi yardımın göstərilməsi ucun vacib olan ləvazimatlar, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılmasına aid məlumatlar olan kitabçalar da nümayiş olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi