İdman həftəsi çərçivəsində "Ən sürətli şagird" qaçış yarışı

 İdman həftəsi çərçivəsində  martın 1-də  məktəb-liseyin fiziki tərbiyə müəllimi Yaşar Qubadovun rəhbərliyi ilə VI sinif şagirdləri  arasında "Ən sürətli şagird"  qaçış yarışı  keçirilib. 30 metr məsafədə sürətlərini yoxlayan şagirdlər arasında 6b sinif şagirdi Sabir Əmiraslanov 1-ci yerə, 6d sinif şagirdi Məhəmməd Səttarlı 2-ci yerə, 6e sinif şagirdi Elgün Bayramlı  3-cü yerə layiq görülüblər. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd şagirdlərin idmana olan marağının artırılması,  təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi