İdman həftəsi çərçivəsində rəsm müsabiqəsi

İdman həftəsi çərçivəsində  martın 1-də  məktəb-liseyin I-IV siniflərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan bir-birindən maraqlı işlər məktəb-liseyin təsviri incəsənət müəllimi Zərəfşan Məmmədova  və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri  Fidan Dadaşova tərəfindən qiymətləndirilib, qaliblər müəyyən olunub. Nəticələrə görə 3ç sinif şagirdi Ayla  Vəlizadənin və  3c sinif şagirdi Əli Suxandaninin rəsm işləri  1-ci yerə, 2e sinif şagirdi Ləman Seyidovanın rəsm işi 2-ci yerə, 3e sinif şagirdi Mədinə Vəliyevanın rəsm işi  3-cü yerə layiq görülüb. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd şagirdlərin idmana olan marağının artırılması,  təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi