İdman həftəsi çərçivəsində əl işi müsabiqəsi
İdman həftəsi çərçivəsində fevralın 28-də məktəb-liseyin II-IV siniflərinin şagirdləri arasında "Olimpiya uşaqların gözü ilə" əl işi müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan bir-birindən maraqlı işlər məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Fərhadova və texnologiya müəllimi Zeynəb Ağayeva tərəfindən qiymətləndirilib, qaliblər müəyyən olunub. Nəticələrə görə 3e sinif şagirdi Murad Mirzəyevin əl işi 1-ci yerə, 2i sinif şagirdi Şahin Abıyev 2-ci yerə, 3ç sinif şagirdi Aydan Seyidova 3-cü yerə layiq görülüblər. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.