”Türkcə şeir yarışması”

22 dekabr 2016-cı il tarixində 261 nömrəli məktəb-liseydə”Türkcə şeir yarışması”başlığı altında tədbir keçirilmişdir.Tədbirdə Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım,Bakı Yunus Emre İnstitutunun təhsil şöbəsinin müdiri Ali İhsan Çevik,Bakı Tömər müdiri İdris Göbutoğlu və bir çox qonaqlar iştirak etdilər.Tədbiri məktəb-liseyin direktoru A.Əsədov açaraq,qonaqları salamladı və ulu öndər H.Əliyevin”Biz bir millət,iki dövlətik”və Mustafa Kemal Atatürkün”Azərbaycanın sevinci bizim sevincimiz,kədəri isə bizim kədərimizdir”fikirlərinin həm Azərbaycanın həm Türkiyənin tarixini,bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edildiyini qeyd etdi.Qonaqlar da çıxış edərək iki ölkə arasındakı münasibətlərin inkşafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğuladı.Tədbir Azərbaycan himni və Türkiyə İstiqlal marşı ilə başladı.Məktəb-liseyin IV sinif şagirdləri şeir müsabiqəsində türkcə şeirlər söylədilər.Ardıca V sinif şagirdi M.Məlahət”Çırpınırdı Qara Dəniz”mahnısının sədaları altında rəqs etdi.Tədbirin sonunda rəsm sərgisi nümayiş olundu.Qaliblər qonaqlar tərəfindən diplom və hədiyyələrlə təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi