İdman həftəsi çərçivəsində idman viktorinası

 İdman həftəsi çərçivəsində  fevralın 27-də məktəb-liseyin fiziki tərbiyə müəllimi Valeh Əsədovun təşkilatçılığı ilə 8-ci siniflər arasında viktorina keçirilib. Yarışın sonunda 8c sinfinin "Zirvə" komandası qalib gəlib. Məktəb-liseyin direktoru Könül Məmmədli qalib komandanı təbrik edib,  idmanla məşğul olmağın faydasından, idman oyunları haqqında nəzəri biliklərə malik olmağın dünyagörüşün formalaşması və inkişafında əhəmiyyətindən danışıb. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova da yarışın təşkilatçılarına təşəkkürünü bildirib, belə yarışların tez-tez keçirilməsini tövsiyə edib.  Daha sonra söz məktəb-liseyin 8d sinif şagirdi Zeynəb Nəbiyevaya verilib. Qeyd edək ki, Zeynəb  24-26 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Fujeira şəhərində keçirilən Gənclər liqasında Azərbaycan Respublikası Milli Karate Federasiyasının  yığma komandasının üzvü kimi iştirak edərək ikinci yeri qazanıb. Bu, yarış boyu 6 rəqibə qalib gələrək 2-cilik qazanan şagirdimizin beynəlxalq səviyyəli ilk yarışıdır. Onu da qeyd edək ki, Zeynəb ilk oyunda  erməni rəqiblə mübarizə aparararaq ona  4:0 hesabı ilə qalib gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi